43 yaşlı kişi yıxılaraq xəsarət alıb

  • By admin
  • 19 Fevral 2018 23:20

Astara sakini yıxılaraq xəsarət alıb.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Səncərədi kəndində qeydə alınıb.

Kənd sakini, 1975-ci il təvəllüdlü Sərhəd Əliyev evdə iş görərkən pilləkəndən yıxılaraq xəsarət alıb.

O təcili yardım maşını ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. S. Əliyevə ilkin tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Gununsesi.info