52 illik müharibə başa çatdı

  • By admin
  • 20 Fevral 2017 11:42

kolumbiya

2016-cı ildə Kolumbiyanın Prezidenti Xuan Manuel Santos və solçu üsyançı hərəkatının lideri Timoleon Ximenes ilə sülh razılaşması imzaladıqdan sonra, Kolumbiya İnqilabçı Hərbi Qüvvələri (FARC) silahları təhvil verməyə başlayıblar.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu günədək Kolumbiya İnqilabçı Hərbi Qüvvələrinin 6 min 900 nəfər döyüşcüsü silahlarını yerə qoyublar.

Belə ki, Kolumbiya hökuməti ilə Kolumbiya İnqilabçı Hərbi Qüvvələr (FARC) arasında əldə olunan razılaşma 4 ildir davam edən danışıqlardan sonra baş tutub.

Qeyd edək ki,tərəflər arasında münaqişə nəticəsində 260 min nəfər həlak olub, xeyli sayda insan isə evindən didərgin düşüb.

Xatırladaq ki, Kolumbiya höküməti ilə üsyançılar arasındaki münaqişə Qərb yarımkürəsinin tarixində ən uzunmüddətli münaqişədir: qarşıdurma 52 ildən çox davam edib.

Anar
Gununsesi.info