53 yaşlı kişi bıçaqlandı

  • By admin
  • 19 Yanvar 2017 16:50

BICAQ

Lənkəranda bıçaqlanma hadisəsi baş verib.

Gununsesi.info-nun APA-ya istinadən verdiyi məlumata görə, hadisə Liman şəhərində olub.

1964-cü il təvəllüdlü Gülbaba Fail oğlu Hüseynov bıçaq yarası ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyata götürülüb.

Hadisəni törədən şəxs və ya şəxslər barədə hələlik məlumat yoxdur.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info