57 yaşlı qadın ağacdan yıxıldı - VƏZİYYƏTİ AĞIRDIR

  • By admin
  • 19 Noyabr 2017 21:40

Şəkidə 57 yaşlı qadın bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

Gununsesi.info xəbər verir ki, bu gün axşam saatlarında rayonun Cumakənd kənd sakini, 1960-cı il təvəllüdlü Sevdigül Aslan qızı Məmmədova müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

Müayinə zamanı Sevdigül Məmmədovanın  yaşadığı ünvanda xurma yığan zaman ağacdan yıxılması məlum olub.

Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Sevdigül Məmmədovaya qapalı kəllə-beyin travması dioqnozu qoyulub, vəziyyəti orta-ağır qiymətləndirilir.

Gununsesi.info