Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Noyabr 2017
BE ÇA Ç CA C Ş B
« Okt    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

XƏBƏR LENTİ

19 Noyabr 2017
18 Noyabr 2017

16 İyul 2017 - 08:32

6 ərəb ölkəsi FİFA-nı DÇ-2022-ni Qətərdə keçirməməyə çağırdı

qatar-2022-1

6 ərəb ölkəsi FİFA-ya məktub ünvanlayıb.

Gununsesi.info-nun APA-ya istinadən məlumatına görə, bu barədə ali futbol qurumunun prezidenti Cianni İnfantino məlumat verib.

O, bildirib ki, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn, Mavritaniya və Liviyanın ortaq hazırladığı məktubda DÇ-2022-nin Qətərdən alınmasının vacibliyi vurğulanıb.

Müttəfiqlər FİFA-ya Qətərdə keçirilməsi planlaşdırılarn mundialın terror təhlükəsi səbəbindən riskli ola biləcəyini bildiriblər. Bu səbəbdən azarkeşlərin təhlükəsizliyini nəzərə alaraq futbol bayramının bu ölkədə olmamasının doğru olacağını qeyd ediblər.

Xatırladaq ki, 6 ərəb ölkəsi – BƏƏ, Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn, Yəmən və Liviya Qətəri terrora dəstək verməkdə ittiham edərək, onunla bütün diplomatik əlaqələri kəsiblər.

Qeyd edək ki, Dünya Çempionatının 2022-ci ildə 21 noyabr – 18 dekabr tarixləri arasında keçirilməsi planlaşdırılıb.

Gununsesi.info





loading...