62 yaşlı kişi faciəvi şəkildə ölüb

  • By admin
  • 23 Aprel 2017 17:00

meyid

 

Dünən Bakida ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Gununsesi.info Lent.az-a istinadən xəbər verir ki, Aqil Quliyev küçəsi 23 ünvanının qarşısında 1955-ci il təvəllüdlü Kaks Vladimir Pantelimoyoviçin meyiti tapılıb. İlkin baxış zamanı onun üzərində zorakılıq əlaməti aşkarlanmayıb. Daha sonra müayinə edilən meyitin baş nahiyyəsində xəsarətin olduğu müəyyən edilib. Bəlli olub ki, 62 yaşlı kişi pilləkəndən düşərkən yıxılıb və başı yerə dəyib. O, sürünə-sürünə küçəyə çıxıb və buradaca keçinib.

 

Gununsesi.info