7 avtomobildən oğurluqda şübhəli bilinən şəxs saxlanılıb

  • By admin
  • 24 İyul 2017 13:25

avtomobil_ogrusu_01888888

7 avtomobildən oğurluqda şübhəli bilinərək tutulan Ağdam rayon sakinindən1,510 qr heroin götürülüb.

Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin iyun-iyul ayları ərzində rayon ərazisində 7 avtomobildən akkumulyator, mobil telefon, sənəd və fotoaparat oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Mehman Şirinov tutulub. Ondan 1,510 qram heroin götürülüb.

Anar
Gununsesi.info