75 yaşlı kişi idmanla diabet xəstəliyinə qalib gəldi -VİDEO

  • By admin
  • 15 Mart 2018 12:37
Qaziantep şəhər sakini 2 il idmanla məşğul olmaqla sağlamlığına qovuşub

İdman sağlamlığın rəhnidir. Bunu əsas tutan 75 yaşlı Türkiyə vətəndaşı şəkər xəstəliyinə qalib gəlib.

Real TV-nin Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Qaziantep şəhər sakini 75 yaşlı İbrahim Şeref 2 il idmanla məşğul olmaqla sağlamlığına qovuşub:

“Mən idmanın faydalarına inanan insanam. İki ildir burada idman edirəm. Mən diabet xəstəsiyəm  və insulindən istifadə edirdim. Amma burada idmana başlayandan sonra insulindən istifadə etməyi buraxdım. Yüksək təzyiqdən əziyyət çəkirdim,o da keçdi”.

Bu mərkəzdə həm də çoxlu dostlar qazandığını deyən İbrahim bəy idmanın həm də onun sosial şəxs kimi formalaşmasında rol oynadığını deyib. “Xəstəliklər səbəbindən hardasa 96 kq idim. Az qala gəzə bilmirdim. Sonra idman salonunun olduğunu eşitdim və iki ildə haradasa 16 kq arıqladım. Hazırda 80 kiloyam. İdman sayəsində özümü anadan yeni doğulmuş kimi hiss edirəm. ”  Öz əməli ilə nümunə olan 75 yaşlı idmançı gənclərin onu təqdir etdiyini deyib.

Vüsalə Xaməmmədqızı

Real TV