Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Yanvar 2018
BE ÇA Ç CA C Ş B
« Dek    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

XƏBƏR LENTİ

21 Yanvar 2018
20 Yanvar 2018

23 Oktyabr 2017 - 16:56

77 yaşlı piyadanı vurub, qaçan sürücüSAXLANILDI
2017-06-19-10-00-21piyada_olum
Piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, oktyabrın 22-də saat 18 radələrində Binəqədi rayonunun Binəqədi qəsəbəsi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verməsi barədə Rayon Polis İdarəsinə məlumat daxil olub.
Hadisə yerinə gələn istintaq-əməliyyat qrupu tərəfindən ərazi ətraflı müayinə olunub, zəruri tədbirlər həyata keçirilib. Məlum olub ki, yolu keçmək istəyən Binəqədi qəsəbə sakini, 77 yaşlı Xanım Nəbiyeva naməlum avtomobillə vurulub və o, hadisə yerində ölüb.
Təxirəsalınmaz tədbirlərlə hadisənin “Lada Granta” markalı avtomobillə törədilməsi məyyən edilib. Əməliyyat-axtarış tədbirləri ilə həmin avtomobilin yeri müəyyənləşdirilib və onu idarə edən şübhəli şəxs qismində saxlanılaraq Polis İdarəsinə gətirilib.
İstintaqa təhvil verilən şəxsin Bakı şəhər sakini Akif Məmmədov olduğu məlum olub.
Faktla əlaqədar Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanılıb.
Gununsesi.info