ABŞ-da helikopter qəzası - ÖLƏNLƏR VAR

  • By admin
  • 16 Yanvar 2018 09:20

ABŞ-ın Ohayo ştatının şimal-qərbində helikopter qəzaya uğrayıb.

Gununsesi.info xəbər verir ki, qəza nəticəsində 2 nəfər həlak olub. Qəza günorta saatlarında baş verib.

Dairə şerifinin sözlərinə görə, helikopter adı açıqlanmayan enerji şirkətinə məxsusdur. Həlak olan əməkdaşların ərazidə kəşfiyyat apardıqları bildirilir. Qəzanın səbəbləri araşdırılır.

Gununsesi.info