ABŞ-da silahlı insident - 3 ÖLÜ, 2 YARALI

  • By admin
  • 18 Oktyabr 2017 21:03

4670F37A-26B1-46D3-9DF1-1BFC448A016E

Merilənddə biznes parkın ərazisində atışma baş verib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, yerli şerif “Twitter” hesabında bildirib ki, hadisə nəticəsində 3 nəfər ölüb. İki nəfərin vəziyyəti ağırdır.

Əvvəl 5 yaralının olduğu bildirilmişdi.

Hadisəni törədən şəxs qaçıb, hazırda polis onu axtarır.