ABŞ-ın Moskvadakı səfirliyi qarşısında uzun NÖVBƏ YARANIB

  • By admin
  • 22 Avqust 2017 11:42

rusiyaabs

ABŞ-a viza almaq üçün sonuncu gündür. Bu səbəbdən də Amerikaya viza almaq arzusunda olan şəxslərin ABŞ səfirliyi banası qarşısında uzun növbəsi yaranıb.

Gununsesi.info rian.ru-ya istinadən xəbər verir ki, ABŞ-ın Moskvadakı səfirliyi avqustun 23-dən etibarən Rusiya vətəndaşlarına Amerikaya viza verilişini məhudlaşdıracaq.

Viza verilməsinə qoyulacaq vaxta bir gün qaldığından ABŞ-a viza alamaq arsuzunda olan şəxslərin Moskvada səfirlik binası qarşısında uzun növbəsi yaranıb. Çünki bu gün sonuncu gündür, sabahdan etibarən heç bir Rusiya vətəndaşına qeyri-müəyyən vaxtadək ABŞ-a qeyri-miqrasiya vizasının verilməsinə məhdudiyyət qoyulacaq.

Növbəyə duran Rusiya vətəndaşlarının ABŞ-a viza almaqla bağlı çox ciddi narahatçılıqları yaranıb. Növbəyə duranlar viza alıb-almayacaqlarından çox nigarandırlar. Artıq bir çox insan ABŞ-a getmək üçün aviabilet alıb, orada görüşlərinin vaxtını müəyyənləşdirib. Yaranmış durum isə onları çox ciddi narahat edir.

Qeyd edək ki, ABŞ bu məhdudiyyəti Rusiyanın bu ölkədəki diplomatlarının sayının azaldılması ilə bağlı verdiyi qərardan sonra atdığı adekvat addımdır.

Gununsesi.info