Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Fevral 2018
BE ÇA Ç CA C Ş B
« Yan    
 1234
567891011
12131415161718
19202122232425
262728  

XƏBƏR LENTİ

21 Fevral 2018

17 Oktyabr 2017 - 08:40

ABŞ İraqdakı münaqişə mövzusunda bitərəf qalacağını açıqlayıb

donald-tramp

ABŞ prezidenti Donald Tramp ölkəsinin rəsmi Bağdadla İraqın kürd muxtariyyəti arasında yaranan münaqişədə tərəf tutmayacağını açıqlayıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Tramp keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, münaqişənin mövcud olma faktı ABŞ-ın xoşuna gəlmir.

Qeyd edək ki, İraqın baş naziri Heydər əl-İbadi bazar ertəsi Kərkük vilayətinə hökumət qoşunlarının yeridilməsi barədə əməliyyatın başlanılmasını elan edib. Kürd muxtariyyətinin hərbi birləşmələri şəhəri İŞİD terrorçularından aldıqdan sonra onu öz nəzarəti altında saxlayıb. Mübahisəli ərazi üstündə münaqişə kürd muxtariyyətinin müstəqilliklə bağlı referendum keçirməsindən sonra kəskinləşib.

Gununsesi.info