ABŞ polisi 40 il sonra itkin düşən əsgəri tapdı

  • By admin
  • 18 Oktyabr 2017 20:09

michels-esger
ABŞ polisi 40 il əvvəl itkin düşən Cefri Miçelsi tapıb.

Gununsesi.info xəbər verir ki, 1977-ci ildə Şimali Dakotadakı Minot hərbi bazasında xidmət edərkən bir anda itkin düşən Miçels 64 yaşında Floridada tapılıb. Onun ailəsi ilə birlikdə sözügedən ştatda yaşadığı bildirilib.

Polisin məlumatına görə, Cefri soyadını Lants olaraq dəyişib. Onun 1988-ci ildə Atlantik İnkişaf Təşkilatı adlı bir iş yeri açmaq üçün soyadını dəyişdirdiyi öyənilib.

Gununsesi.info