ABŞ Rusiyanın 4 vətəndaşına və 1 şirkətinə sanksiya tətbiq etdi

  • By admin
  • 22 Avqust 2017 20:40

abc-penta

ABŞ Rusiya Federasiyasının 4 vətəndaşını Şimali Koreya ilə bağlı sanksiya siyahısına daxil edib.

Gununsesi.info-nun “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin açıqlamasında deyilir.

Sanksiyaya məruz qalan rusiyalılar bunlardır: “Velmur Management PTE LTD” şirkəti ilə bağlılığı olan İrina Xyuiş, “Gefest-M” və “Korea Tangun Trading Corporation” şirkətləri ilə bağlılığı olan Ruben Kirakosyan, eləcə də Mixail Pisklin və Andrey Serbin.

Moskva şəhərində qeydiyyatda olan “Gefest-M” şirkəti də sanksiya siyahısına salınıb. Bu şirkət Şimali Koreyanın “Tangun” ticarət korporasiyası ilə əlaqədə ittiham olunur.

Gununsesi.info