Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Dekabr 2017
BE ÇA Ç CA C Ş B
« Noy    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

XƏBƏR LENTİ

13 Dekabr 2017

04 Dekabr 2017 - 12:40

ABŞ Rza Zərrabı oyuncağa çevirir- TÜRKİYƏYƏ QARŞI QURULAN OYUNUN ŞOK DETALLARI

ABŞ-da keçirilən məhkəmə prosesinə şahid kimi qatılan Azərbaycan əsilli türkiyəli iş adamı Rza Zərrabı oyuncağa çevirməyə qərar verən ABŞ-ın bu qərarı verdikdən sonra icra etdiyi “yol xəritəsi”nə dair hər gün yeni detallar ortaya çıxır.

Gununsesi.info publika.az-a istinadən xəbər verir ki, Zərrabın həyat yoldaşı və uşağı ilə ABŞ-a getməsi (Zərrab 2016-cı il martında Florida ştatının Mayami şəhərinə həbs olunub –red.) də ABŞ tərəfindən Türkiyəyə qarşı qurulan oyunun bir hissəsi idi.

İrana qarşı maliyyə sanksiyalarını pozmaqda ittiham edilərək həbs olunan Zərrab hazırda Türkiyənin “Xalqbank” bankının sədr köməkçisi Mehmet Hakan Atillanın tək təqsirləndirilən şəxs kimi keçirlidiyi məhkəmə prosesinə şahid qismində qatılıb. İş adamı məhkəmə prosesində Türkiyə əleyhinə ifadələr verməkdə davam edir.

Qadağa 46 gün davam etdi

Zərrabın ABŞ tərəfindən qurulan oyunun bir hissəsi olduğunu göstərən hadisələrdən biri onun ABŞ-a getmədən bir müddət əvvəl sahib olduğu ən böyük holdinqini boşaltmasıdır. Ümumilikdə, Zərrabın bütün addımları onun nəhayət, ABŞ-a gedəcəyini göstərir. Zərrabın Türkiyədən çıxışının və ABŞ-a getməsinin niyə əngəllənmədiyi isə maraq doğurur.

2007-ci ildən ABŞ tərəfindən izlənilən Zərrabın 2013-cü il 17-25 dekabr (Türkiyədə FETÖ terror təşkilatına bağlı polislər 2013-cü ilin 17 və 25 dekabr tarixlərində Ərdoğanı devirmək üçün həbslər həyata keçirmişdi. Həmin vaxt Rza Zərrab da həbs olundu. Lakin daha sonra Ərdoğanın təlimatı ilə onu həbsxanadan buraxdılar. İddiaya görə, Rza Zərrabın 17-25 dekabr hadisələri zamanı həbs olunması Ərdoğanı məhkəmə qarşısına çıxarmaq planının bir hissəsi idi -red.) hadisələrindən sonra ölkə xaricinə çıxmasına qadağa qoyuldu. Lakin qadağa cəmi 47 gün davam etdi.

Məlumata görə, qadağa 2014-cü il fevralın 28-də qoyulub. Qadağanın ləğv olunduğu tarix isə 2014-cü il aprelin 16-sıdır.

Bütün ailəsi İrana getdi

Başqa sözlə, Zərrab aprelin 16-dan etibarən istədiyi ölkədə gedə bilərdi. Amma onun ABŞ-a səfəri çox riskli idi. İranlı ortağı olan biznesmen həbsdədir və edam hökmü ilə ittiham olunur. Zərrabın özü isə İrana qarşı beynəlxalq sanksiyaları pozmaqda ittiham olunurdu. Ortada belə problemlərin olduğu halda, Zərrabın ABŞ-a getmə riski aldığını düşünmək ağlabatan deyil. Amma görünür, onun ABŞ-a səfəri bir anlaşmanın nəticəsi idi.

Nyu-Yorkda məhkəmə prosesi noyabrın 27-də başlanıb. Oktyabrın 26-da isə artıq Zərrabın məhkəmə prosesinə şahid qismində qatılacağı deyilirdi. Zərrabın özü kimi İrandan gələrək Türkiyə vətəndaşlığı olan valideynləri – Şəbnəm Zərrab və Hüseyn Zərrab sentyabr ayında İrana gedib. Oktyabr ayında isə qardaşı Məhəmməd Türkiyəni tərk edərək İrana köçüb. Görünür, Zərrab məhkəmə prosesinə şahid qismində qatılacağının bəlli olduğu dönəmdə, ailəsi İrana getməyə qərar verib.

Diqqətçəkən məqam Zəncaninin edamla mühakimə olunduğu bir vaxtda Zərrabın ailəsinin İrana getməsidir.

Casusluq ittihamı

İstanbul Respublika Baş prokuroru Zərabı “xarici dövlət üçün siyasi və hərbi casusluq”da ittiham edərək barəsində cinayət işi açıb. İstintaq çərçivəsində onun və yaxınlarının əmlakı müsadirə olunub. İstintaq prosesində iş adamı ilə bağlı əhəmiyyətli məlumatların ortaya çıxacağı bildirilir.

ABŞ-a getmədən əvvəl Zərrabın hansı və nə cür təmaslar qurduğu, ailəsinin prosesdə hansı rol oynadığı cavabı axtarılan suallardır. Hər gün əldə olunan məlumatlarla Zərrabın əsl məqsədi də daha çılpaq şəkildə üzə çıxır.

Gununsesi.info





loading...