ABŞ Şimali Koreya ilə danışıqlar aparmağa hazırdır - TİLLERSON

  • By admin
  • 13 Dekabr 2017 07:30

ABŞ istənilən zaman Şimali Koreya ilə danışıqlar aparmağa hazırdır, Dövlət katibi Reks Tillerson çərşənbə axşamı bildirib.

Gununsesi.info xəbər verir ki, Tillerson bu barədə Vaşinqtonda Atlantik Şuranın iclasında çıxış edərkən bəyan edib.

“KXDR səlahiyyətlilərinin danışıqlar masası arxasına oturması zəruridir və biz istədikləri vaxt onlarla danışmağa hazırıq” deyə o bildirib.

Tillerson həmçinin vurğulayıb ki, “hər yeni raket sınağı ilə, KXDR dünya birliyindən daha da təcrid olunacaq”.

Gununsesi.info