XƏBƏR LENTİ

24 Oktyabr 2017
23 Oktyabr 2017

12 Oktyabr 2017 - 17:18

ABŞ YUNESKO-dan çıxdığını elan etdi

unesco_logo_200316_copy

ABŞ yaxın günlərdə YUNESKO-dan çıxmasını elan etmək niyyətindədir. Bu barədə Trend xarici mətbuata istinadən məlumat verir.

Gununsesi.info xəbər verir ki, “Reuters” agentliyinə məsələyə yaxın olan mənbə isə bildirib ki, bu, rəsmi məlumat olmasa da, doğru xəbərdir.

Ötən gün “Foreign Policy” jurnalı yazmışdı ki, YUNESKO-dan çıxmaq barədə qərar vəsaitlərə qənaət edilməsi və ABŞ hakimiyyətinin fikrincə, təşkilatda baş qaldırmış antiisrail fikirlərə etiraz məqsədilə qəbul edilib.

Xatırladaq ki, Birləşmiş Ştatlar 2011-ci ildə Fələstinin təşkilatın sıralarına tamhüquqlu üzv qəbul edilməsindən sonra YUNESKO-nun maliyyələşdirilməsində iştirakdan imtina etmişdi.

Gununsesi.info




loading...
Loading...