Abşeron rayonunda mağaza yandı

  • By admin
  • 21 İyul 2017 21:22

FHN
Abşeron rayonunda yanğın hadisəsi qeydə alınıb.

Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Abşeron rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 m2 olan mağazanın zirzəmisində 20 m2 sahədə tikinti materialları yanıb.

Mağaza yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Gununsesi.info