VİDEO




Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif



İyul 2017
BE ÇA Ç CA C Ş B
« İyn    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

XƏBƏR LENTİ

21 İyul 2017

17 İyul 2017 - 08:36

Abşeronda, Tovuzda və Siyəzəndə yol qəzaları yaşandı: Yaralananlar var

yollllllllllllllllllllllllllllllllll

Gecə saatlarında Bakı-Sumqayıt yolunda yol nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info-nun APA-ya istinadən məlumatına görə, hadisə Abşeron rayonu ərazisində, Masazır dairəsinin yaxınlığında qeydə alınıb.

Məlumata görə, ikinci dərəcəli yolla Sumqayıtdan paytaxt istiqamətində hərəkət edən “KİA” markalı mink maşını sürücünün idarəetməni itirməsi nəticəsində yolun sağındakı divara çırpılıb. Nəticədə avtomobildə olan 2 nəfər – 1997-ci il təvəllüdlü Hüseynov Əliş Xaric oğlu və 1996-cı il təvəllüdlü Cumayev Məhəmməd Aslan oğlu xəsarət alaraq 1 saylı Xəstəxanaya yerləşdirilib. Yaralıların hər ikisinin vəziyyətinin orta ağır olduğu bildirilir.

Yol qəzasının təfərrüatlarını Abşeron RPİ-nin istintaqçıları araşdırır. İlkin ehtimala görə, avtoqəzaya yüksək sürət səbəb olub.

Həmçinin, Tovuzda avtomobil piyadanı vurub.

Hadisə Bakı-Qazax yolunun Tovuz rayonu, Düzqırıxlı kəndi keçən hissəsində qeydə alınıb.

“VAZ” markalı avtomobil yolu keçmək istəyən Qazax rayonu, Çaylı kənd sakini, 1956-cı il təvəllüdlü Alim Qocayevi vurub. O, Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. A.Qocayevə dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Tovuz rayon Polsi Şöbəsində araşdırma aparılır.

Eyni zamanda, axşam saatlarında Siyəzən- Məşrif yolunda yol qəzası qeydə alınıb.

Hadisə yolun 7-ci km-də qeydə alınıb.

Siyəzən rayon sakini Ceyhun Ağayevin idarə etdiyi, 50 BN 668 dövlət nömrə nişanlı “Mercedes” markalı mikroavtobusda yaranan texniki problem nəticəsində maşın yoldan çıxaraq aşıb.

Siyəzən rayon Polis Şöbəsindən bildirilib ki, qəza nəticəsində maşında olan sərnişinlərdən  3 nəfər ciddi xəsarət alıb. Onlar Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Xəsarət alan şəxslər Siyəzən rayon sakinləri, 1988-ci il təvəllüdlü Cavid Əzimov, 1981-ci il təvəllüdlü Feyruz Balabəyov və 1982-ci il təvəllüdlü Elçin Balabəyovdur. Hər üç şəxsin müalicəsi stasionar qaydada davam etdirilir.

Faktla bağlı Siyəzən rayon Polis Şöbəsində araşdırma aparılır.

Gununsesi.info





loading...
Loading...