Abşeronda yolu keçən piyadanı maşın vuraraq öldürüb

  • By admin
  • 24 Avqust 2017 11:52

Piyadani Vurdu

Abşeronda ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, avqustun 23-də saat 16 radələrində Abşeron rayonu ərazisində Sumqayıt şəhər sakini Azər Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Kəngərli rayon sakini Eldar Əliyevi vurub. Piyada hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Gununsesi.info