Adambaşına 5-10 manat fitrə-zəkatının verilməsi məsləhətdir - QAFQAZ MÜSƏLMANLARI İDARƏSİ

  • By admin
  • 22 İyun 2017 09:26

ramazan

Azərbaycanda bu il fitrə zəkatının məbləği adambaşına 5-10 manat arası məsləhət görülür.

Gununsesi.infonun xəbərinə görə, Qafqaz Müsəlmanları İdarəsinin yaydığı açıqlamada belə deyiir. QMİ-nin açıqlamasında  qeyd olunub ki, orucun mühüm əməllərindən biri olan fitrə-zəkatının vaxtı Ramazan ayının son günüdür.

Fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün imkansızlara, ehtiyacı olan ailələrə fitrə zəkatı verməsi vacib olduğunu ildirən Qazılar Şurasının qənaətinə görə, bugünkü günə uyğun olaraq,  adambaşına 5-10 manat arası fitrə-zəkatının verilməsi məsləhət görülür.

Gülnaz Qənbərli

Gununsesi.info