Ağ ciyərləri təmizləyən 4 QİDA

  • By admin
  • 18 Mart 2018 00:12

Siqaret çəkənlər mütləq oxumalıdırlar! Siqaret çəkən adamlar öz orqanizmlərini tədricən zəhərləyirlər. Siqaret çəkən adamların ilk növbədə ağ ciyərləri mənfi təsirə məruz qalır. Hər nəfəsalma zamanı daxilə gedən siqaret tüstüsü ağ ciyərləri xaricdən örtən kiçik tükcüklərin mikroskoipik yanmalarına, atrofiyalaşmasına və ölməsinə səbəb olur. Nəticədə isə ağ ciyərlərə qərtan toplanır və selik əmələ gəlir ki, bu da xroniki öskürməyə səbəb olur. Ağ ciyərləri örtən tükcüklər özünəməxsus bərpaedici xüsusiyyətə malikdir. Onların yenidən bərpa olunması üçün siqaretdən imitina eləmək kifayətdir.

Gununsesi.info immunitet.az-a istinadən bildirir ki, siqareti ata bilməyənlər üçün isə yaxşı xəbər var. Belə ki, ağ ciyərlərdəki nikotin qətranını təmizləmək üçün 4 qida maddəsindən istifadə etmək kifayətdir.
Ağ ciyərləri necə təmizləmək lazımdır? Ağ ciyər zədələnmələrindən yanlız siqaret çəkənlər əziyyət çəkmir. Şəhər əhalisinin ağ ciyərləri demək olar ki, hər gün maşınlarda havaya buraxılan zəhərli qazlardan və kirli havadan da zədələnir. Buna görə də məqaləni diqqətlə oxuyub bu qidalardan istifadə etmək lazımdır.
1 Qreypfurt
Bu sitrus meyvəsinin tərkibi hüceyrələrin fəaliyyətini yaxşılaşdıran antioksidantlarla zəngindir. Qreypfurtun tərkibində olan maddələr hüceyrə toxumalarının zəifləməsinin qarşısını alır və onların inkişafını sürətləndirir. Mütəxəssislər siqaret çəkənlərə ağ ciyər riskini aradan qaldırmaq üçün tünd turşu dadına malik olan qreypfurt yeməyi məsləhət bilir.
2 Sarımsaq
Sarımsaq yüzlərlə xəstəliyi müalicə edir. O oraqnizmə müalicəvi təsir göstərir və sağalmanı sürətləndirir. Ağ ciyər xəstəliklərinin müalicə və profilaktikası üçün sarımsaq yemək çox faydalıdır.
3 Zəncəfil
Zəncəfil antibakterial və virus əleyhinə təsirə malikdir. Zəncəfil damarları genişləndirir, bəlğəmi xaric edir və bronxial kanalların regenerasiyasını sürətləndirir.
4 Yerkökü
Yerkökü A, C, E, K və B qrup vitaminləri ilə zəngindir. A vitamini hüceyrələrin və epitel toxumalarının vəziyyətini yaxşılaşdırır. Ağ ciyər toxumalarına dəyən nikotin zəhərlənmələrini təmizləmək üçün yerkökünü çiy halda yemək lazımdır. Yerkökü şirıəsi isə insan sağlamlığı üçün lazım olan vitamin və mineral deposudur.

Əgər siz iradənizə üstün gəlib siqareti atmısınızsa o zaman ağ ciyərlərinizi təmizləyin. Bu qidalardan istifadə etmək sizin ağ ciyər funksiyanızın bərpasına və yaxşılşamasına səbəb olacaq. Bu zaman siz yaxşılaşmanı beyin fəaliyyətinizdə, dad reseptolarınızda hiss edəcəksiniz. Bu zaman siqaret qoxusu sizi özünə cəlb etməyəcək və ağzınıza qoyduğunuz hər bir qidanın dadı sizə xoş təsir bağışlayacaq.

Gununsesi.info