Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Yanvar 2018
BE ÇA Ç CA C Ş B
« Dek    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

XƏBƏR LENTİ

18 Yanvar 2018
17 Yanvar 2018

15 Dekabr 2017 - 19:44

“Ağ Evdə gördüyüm şeylər məni narahat edirdi”- TRAMPIN KÖMƏKÇİSİ

Tanınmış televiziya ulduzu, ABŞ prezidenti Donald Trampın köməkçisi Omarosa Maniqol Nyumanın vəzifədən çıxmadığı, məhz qovulduğu iddia edilib.

Gununsesi.info xəbər verir ki, Nyumanın xüsusi xidmət orqanları tərəfindən Ağ Evdən çıxarıldığı və kartının ləğv edildiyi informasiyası yayılıb.

Nyuman özü isə qovulması ilə bağlı iddiaların həqiqəti əks etdirmədiyini bildirib.

“Ağ Evdəki yeganə afroamerikalı qadın olaraq prezidentin köməkçisi kimi çalışdım. Gördüyüm şeylər məni həddən artıq narahat etdi, mənə dərin və emosional təsir bağışladı. Hekayəmi danışa bilsəm, dünyanın eşitmək istədiyindən daha artığını deyəcəyimi bilirəm”, – Nyuman deyib.

Qeyd edək ki, Ağ Evdə İctimaiyyətlə Əlaqələr şöbəsində kommunikasiyalar üzrə direktor vəzifəsində çalışan Nyumanın 2018-ci ilin yanvarın 20-də rəsmi şəkildə öz postundan ayrılacağı bildirilir.

Gununsesi.info