Ağdaş sakini özünü yandırıb

  • By admin
  • 15 Yanvar 2018 16:24

Ağdaş rayonunda intihara cəhd edilib.

Gununsesi.info xəbər verir ki, hadisə bu gün saat 14:30 radələrində Ağdaş şəhərinin Heydər Əliyev prospektində, bazarın qarşısında qeydə alınıb.

Rayonun Xosrov kənd sakini, 1983-cü il təvəllüdlü Söhbətov Həsənağa Böyükağa oğlu üzərinə benzin tökərək özünü yandırıb.

Hadisə zamanı H.Söhbətovun baş və üz nahiyəsi, əlləri yanıb.

Yaxınlıqdakı insanların köməkliyi ilə yanğın söndürülüb və xəsarət alan şəxs təcili olaraq Ağdaş rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info