Ağdaşda tələbə öldürüldü - ŞOK TƏFƏRRÜAT

  • By admin
  • 14 Dekabr 2017 14:00

Ağdaş Dövlət Humanitar Kollecinin tələbəsi Ətraf Nəsibovun öldürülməsinin təfərrüatı məlum olub.

Gununsesi.info xəbər verir ki, publika.az-ın əldə etdiyi məlumata görə, Ə.Nəsibov bu gün səhər saatlarında dərsdə olub.

“Birinci dərs zamanı dəfələrlə müəllimdən ona icazə verməsini istəyib. Müəllim icazə verməyib. Telefonuna gələn zəngdən sonra onun sinifdən çıxmaq üçün israrı artıb. Bir dərsdə oturmağa səbir edən tələbə fasilə zamanı məktəbdən qaçıb. Sonra isə onun küçədə bıçaqlanması xəbəri yayılıb”.

Ə.Nəsibov kollecin Bələdiyyə işinin təşkili fakültəsinin ikinci kursunda təhsil alırmış. İlkin ehtimala görə, dərs zamanı ona zəng edən də elə bıçaqlayan şəxs olub.

Hazırda hüquq-mühafizə orqanları kollecdədir, müəllim və tələbələrdən ilkin məlumatlar toplanılır. Kollec rəhbərliyi isə Təhsil Şöbəsindədir.

Gununsesi.info