Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Noyabr 2017
BE ÇA Ç CA C Ş B
« Okt    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

XƏBƏR LENTİ

21 Noyabr 2017

17 İyul 2017 - 10:50

Ağırlıqqaldırma üzrə qadınlardan ibarət yığma komandamız Astarada təlim-məşq toplanışındadır- VİDEO

292df733-8aa9-442b-bf4c-f88b0b2c9cf0_292

Azərbaycanın ağırlıqqaldırma üzrə qadınlardan ibarət yığma komandası Astarada təlim-məşq toplanışındadır.

Azərbaycan Ağır Atletika Federasiyasından (AAAF) Gununsesi.info-ya verilən məlumata görə, təqvim planına uyğun olaraq həyata keçirilən toplanışa böyük məşqçi Natalya Prişepa və onun köməkçisi Təranə Abbasova rəhbərlik edirlər.

Milli komandanın üzvləri gündə iki dəfə olmaqla intensiv hazırlıq mərhələsindədirlər. 22 – 30 sentyabrda Kosovada keçiriləcək yeniyetmələr arasında Avropa birinciliyi, 15 – 22 oktyabrda Albaniyada təşkil olunacaq gənclər arasında Avropa çempionatı, həmçinin digər yerli və beynəlxalq yarışlarda uğurlu çıxış etmək üçün bu təlim-məşq toplanışının əhəmiyyəti böyükdür.

Qeyd edək ki, Astaradakı çoxfunksiyalı bazada 150 nəfərlik yarış və 20 nəfərlik ağır atletika məşq zalı, paltardəyişmə otaqları, SPA mərkəzi, həmçinin ən müasir avadanlıqlarla təchiz olunmuş geniş fitness zalı, 50 nəfərlik yeməkxana və digər otaqlar idmançıların istifadəsinə verilib.

 
Gununsesi.info




loading...