Ağsu çayında kişi meyiti tapıldı

  • By admin
  • 29 Aprel 2017 12:03

22832

Ağsu rayonunda traktor sürücüsünün meyiti tapılıb.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, Ağsu çayının içərisində daş toplayan fəhlələr orada işləyən traktor sürücüsü, Qaraqaşlı kənd sakini, 1960-cı il təvəllüdlü Allahverdiyev Xudaverdi Qardaşxan oğlunun meyitini tapıblar. Onun cəsədi müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağsu rayon şöbəsinə göndərilib. X.Allahverdiyevin ölümünün səbəbi ekspertizanın rəyindən sonra bilinəcək.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info