Ağsu və Saatlıda ev yandı

  • By admin
  • 20 Oktyabr 2017 21:53

yangin_23783475765

Ağsu və Saatlıda ev yanıb.

Gununsesi.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Ağsu şəhərində sahəsi 170 kv.m olan birmərtəbəli 6 otaqlı evin 1 otağının yanar konstruksiyaları 24 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Saatlı rayonunun Mircəlal kəndində də sahəsi 117 kv.2 olan birmərtəbəli 4 otaqlı evin 2 otağının yanar konstruksiyaları və dam örtüyü 36 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın söndürülüb.

Gununsesi.info