Ağsuda ağır yol qəzası baş verib, 6 NƏFƏR ÖLÜB, 1-İ İSƏ YARALANIB

  • By admin
  • 16 Mart 2018 19:48

Ağsu rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, qəza Ağsu-Kürdəmir yolunun Ağsu rayonunun Muradlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “VAZ-2106” və “VAZ-2107” markalı minik avtomobilləri toqquşub.

Nəticədə 6 nəfər ölüb, 1 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info