Ailəmi xəyanət dağıtdı -"BƏXT ÜZÜYÜ"NÜN "SARA"SI

  • By admin
  • 20 Fevral 2017 09:13

SARA

“Həyatını gərək elə yaşayasan ki, geri baxanda utanmayasan. Biz Hüseynağa ilə bir məktəbdə oxumuşuq. Dörd il bir yerdə oxuyub, çalışmışıq. Məni “Səni səhnəyə qoyacağam” sözü ovsunladı. Nişanlandıq, toyumuz oldu”.

Gununsesi.info  xəbər verir ki, bu sözləri əməkdar artist Gülşad Baxşıyeva “Xəzər maqazin”ə açıqlamasında deyib.

“Bəxt üzüyü” filmi ilə tanınan aktrisa aktyor həyat yoldaşı Hüseynağa Atakişiyevdən danışıb. O bildirib ki, ayrılmalarına səbəb xəyanət olub. O, ailəsini xanım həmkarının dağıtdığını söyləyib:

 “Hər şey var idi –  sənət, sevgi, ailə. 19 ildən sonra hər şey yoxa çıxdı. Hər şey davamlı olmur. Xəyanətə ehtiyac yox idi. Amma etdi… Bəxt üzüyümü qapalı yerdədir. Elə məqam olur ki, görürsən xoşbəxt deyilsən, bədbəxtsən. Mənə elə gəlir insan bir dəfə sevir. Həm qadın, həm ana, həm ata olmaq çətindir. Mənim üçün uşaqlarıma ata olmaq çətin idi. Qadınlıq keyfiyyətlərimi itirdim. Məni həyata bağlayan tələbələrim, nəvələrim və övladlarımdır”.