Ailəvi dənizə getdilər, 2 uşaq boğuldu - AİLƏ DRAMI

  • By admin
  • 24 İyul 2017 14:34

aqstafadaki-ushaqlar240720177

Ağstafa sakinləri Xəzər dənizində boğulub.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında  Abşeron rayonunun Novxanı çimərliyində qeydə alınıb.

Ağstafa rayonunun Poylu qəsəbəsindən olan Əliyevlər  ailəsi  axşam saatlarında dənizə çimməyə gedib. Dənizdə çimərkən ailənin böyük uşaqları, 12 yaşlı Zahid və 9 yaşlı Amil  bir qədər uzaqlaşıb.

Övladlarının yoxluğunu hiss edən ata Aqil Əliyev onları axtarmağa başlayıb.

Məlum olub ki, dalğalı dənizə girən azyaşlılar suda boğulublar.
Onların sudan  çıxarılan meyitləri bu gün səhər saatlarında doğulduqları Ağstafa rayon  Poylu qəsəbəsinə gətirilib.

Qeyd edək ki, ailə 3 ildir, Novxanı qəsəbəsində kirayədə yaşayır.

Gununsesi.info