XƏBƏR LENTİ

24 Oktyabr 2017
23 Oktyabr 2017

21 Sentyabr 2017 - 15:32

Akif Əli ölkədən getdi- SƏBƏB

akif

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əlinin gah xəstələnərək işə çıxmadığı, gah xaricə müalicəyə getdiyi, gah da vəzifəsindən azad edildiyi barədə söz-söhbət danışılır.

Gununsesi.info modern.az-a istinadən məlumat verir ki, Akif Əlinin son günlər telefonlarını qapatması, özünün Facebook profilini bağlaması belə söz-söhbətlərə səbəb olub. Onun işdən çıxarıldığını iddia edənlər səbəb kimi Akif Əlinin bir neçə gün öncə dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə ilə bağlı səsləndirdiyi fikri əsas gətirirlər.

Qeyd edək ki, Lütfi Zadə haqqında söylədiyi “fındıqbaş” ifadəsinə görə ciddi qınağa tuş gələn Akif Əli sonradan üzr istəsə də, o, sosial şəbəkədə təhqir dolu şərhlərə tuş gəldi.  Bunran sonra Facebook-dakı aktivliyini sonlandıran hökumət sözçüsü ardınca profilini də bağladı.

Modern.az saytı söz-söhbətə son qoymaq üçün öncə Baş nazirin müavini, bir neçə gün öncə Akif Əli haqqında hədə dolu açıqlama verən Abid Şərifovla əlaqə saxlayıb.

Lakin A.Şərifov “mən belə məsələlərlə məşğul deyiləm” söyləməklə A.Əli haqqında danımaqdan imtina edib.

Əməkdaşımız daha sonra Akif Əlinin yaxın qohumu – qaynı, Milli Məclisin deputatı Aqil Abbasla əlaqə saxlayıb.

Deputat bildirib ki, hər kəsin səhətində problem yarana və bununla əlaqədar xaricə müalicəyə gedə bilər. Akif müəllim də həmçinin:

“Təxminən 17 il bundan əvvəl Akif Əli çox ağır əməliyyat keçirmişdi. Hətta ölüm-qalım ayağında idi. O, sonralar bir neçə dəfədə  əməliyata məruz qaldı. Akif Əli Azərbaycanın görkəmli yazıçısı, elmlər doktorudur. O, mühüm dövlət postunda çalışır. Hazırda Akif Əlinin səhəti normaldır. Sadəcə olaraq müayinə olunmaq üçün xaricə gedib”.

Gununsesi.info




loading...
Loading...