Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Dekabr 2017
BE ÇA Ç CA C Ş B
« Noy    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

XƏBƏR LENTİ

14 Dekabr 2017

13 Oktyabr 2017 - 12:20

“Akif Çovdarovun cinayət işində zərərçəkmiş şəxslərə mənəvi zərərin vurulması sübuta yetirilməyib”- DÖVLƏT İTTİHAMÇISI

akif

Ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmədə prokuror ittihamın bəzi hissəsinin sübuta yetirilmədiyini deyib.

Gununsesi.info lent.az-a istinadla xəbər verir ki, bu barədə təqsirləndirilən Səlim Məmmədovun vəkili Cavid Rzazadə məlumat yayıb.

Vəkil bildirib ki, prokuror çıxışında maddi ziyanla bağlı zərərçəkmişlərin iddiasının məhkəmə istintaqı zamanı sübuta yetirilmədiyini deyib: “Dövlət ittihamçısı zərərçəkmiş şəxslərə mənəvi zərərin vurulduğu sübuta yetirilmədiyindən bununla bağlı hissədə mülki iddiaların təmin olunmamasını xahiş edib”.

Cavid Rzazadə qeyd edib ki, iş üzrə 16 nəfər şəxs guya məhz mənəvi zərər çəkdiklərinə görə zərərçəkmiş şəxs qismində tanınıb.

Qeyd edək ki, hazırda hakimlər hökm qəbul etmək üçün müşavirədədir.

Xatırladaq ki, dövlət ittihamçısı çıxışında A.Çovdarovun rütbələrdən, fəxri adlardan məhrum edilməklə 15 il, S. Məmmədovun 12 il, O.Osmanovun 9 il və A.Əliyevin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Dövlət ittihamçısı S.Məmmədov, O.Osmanov və A.Əliyevin də rütbələr və fəxri adlardan məhrum olunmasını tələb edib.

Gununsesi.info





loading...