AKP-də də “FETÖ operasyonu” başlana bilərmi?

  • By admin
  • 22 May 2017 20:20

samil tayyar

“AKP-yə “FETÖ”-çülər sızdımı, sızdı…”

Gununsesi.info-nun Türkiyə mediasına istinadən xəbərinə görə, bunu son zamanlarda AKP-də sərt ittihamları ilə tanınan Qaziantep millət vəkili Şamil Təyyar deyib.

O, “FETÖ”-çülərin AKP sıralarında da olduğunu və onların öz fəaliyyətlərini davam etdirdiyini, bundan da rahatsızlıq duyulduğunu vurğulayaraq bildirib ki, bir an onların təşkilat sıralarından xaric edilməsi, partiyanın “təmizlənməsi” lazımdır.

“Partiyada yanlış adamlar varmı, var. Ona görə də onların təşkilat sıralarından uzaqlaşdırılması lazımdır. İnanıram ki, 3-cü növbədənkənar qurultaydan sonra da tezliklə həmin adamların partiya sıralarından uzaqlaşdırılmasına başlanılacaq”-deyə, Ş. Təyyar sözlərinə əlavə edib.

KAMİL

Gununsesi.info