Aktyorların səsini də batıracaqsınız?- - XEYRƏDDİN QOCA

  • By admin
  • 21 Fevral 2018 17:22

İndi nə edək, ölkəyə prezident seçməyək? Yoxsa sizin istədiyinizi seçək?

Gununsesi.info Oxu.Az-a istinadən xəbər verir ki, bunu tanınmış jurnalist, sabiq diplomat və keçmiş millət vəkili Xeyrəddin Qoca ölkə prezidenti İlham Əliyevin namizədliyini dəstəklədiyi üçün Xalq yazıçısı Anarın və bəzi digər yazıçıların kitablarını yandırmaq istəyən bir qrup gəncin çağırışlarına münasibət bildirərkən deyib.

“Bu günlərdə bizim millətin bəzi nümayəndələrinə “yaraşan” hərəkətləri haqqında eşitdim”, – deyən X. Qocanın sözlərinə görə, ölkə prezidentinə seçkilərdə səs vermək istəyən – bu, hər bir insanın öz işidir – yazıçıların kitablarını yandırmaq istəyirlər:

“Bəs, bəstəkarların əsərlərinə nə edəcəksiniz? Qulaq asmayacaqsınız? Rəssamların əsərlərini görəndə üzünüzü çevirəcəksiniz? Səhnələrdən, efirlərdən eşidilən aktyorların səslərini batıracaqsınız? Hərəkətlərinizi bir düşündünüzmü? İndi nə edək, ölkəyə prezident seçməyək? Yoxsa sizin istədiyinizi seçək?..”

Gununsesi.info