Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Fevral 2018
BE ÇA Ç CA C Ş B
« Yan    
 1234
567891011
12131415161718
19202122232425
262728  

XƏBƏR LENTİ

21 Fevral 2018

21 Oktyabr 2017 - 22:18

Albaniyada keçirilən ağır atletika üzrə Avropa çempionatı başa çatıb

31cd5369-475c-45a0-965d-eda102648fd4
15-22 oktyabr tarixlərində Albaniyanın Dürres şəhərində keçirilən yaşı 20 və 23-ə qədər gənclər arasında ağır atletika üzrə Avropa çempionatı başa çatıb.
Azərbaycan Ağır Atletika Federasiyasından “Report”a verilən məlumata görə, yarışda 36 ölkədən 405 atlet (170 qadın və 235 kişi) körpücük üzərinə çıxıb.
Turnirdə Azərbaycanın gənclərdən ibarət yığma komandasının üzvləri də iştirak ediblər. Onlardan sonuncu olaraq Azər Məmmədli medal mübarizəsinə qoşulub. O, yaşı 23-ə qədər olan kişilərin +105 kq çəki dərəcəsində çıxış edib. Atlet birdən qaldırma hərəkətində 165 kq-ı ram edib və bu hərəkətdə 8-ci olub.
Təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edən və 212 kq-ı başı üzərinə qaldıran Məmmədli bu hərəkətdə 4-cü yeri tutub.
Toplam 377 kq (165+212) nəticə göstərən Azər yekun sıralamada 7-ci pillədə qərarlaşıb.

Gununsesi.info