XƏBƏR LENTİ

24 Oktyabr 2017
23 Oktyabr 2017

07 Oktyabr 2017 - 13:00

Aleksandr Dugindən Ermənistana çağırış:BEŞ RAYONU QAYTARMALISINIZ!

dugin

Kremlin ideoloqlarından biri, məşhur rusiyalı filosof və publisist Aleksandr Dugin Ermənistanda dərc edilən “Jamanak” qəzetinə müsahibə verib.

Gununsesi.info virtualaz-a istinadən xəbər verir ki, A.Dugin erməni jurnalistlərə bildirib ki, Dağlıq Qarabağ ətrafında yerləşən beş rayonun qaytarılması məsələsi Ermənistan və Azərbaycan prezidentlərinin qarşıdan gələn göruşündə qaldırılacaq.

Beynəlxalq Avrasiya Hərəkatına rəhbərlik edən Aleksandr Dugin əmindir ki, “Ermənistan-Azərbaycan münasibətlərində vəziyyət elə bir nöqtəyə çatacaq ki, problemi həll etmək qeyri-mümkün olacaq”.

“Güman edirəm ki, Qarabağın beş regionunun azad edilməsi məsələsi prezidentlərin bu görüşündə qaldırılacaq”, – Dugin deyib.

Qeyd edək ki, bu yaxınlarda Rusiya paytaxtında keçirilmiş “Moskva-Bakı oxu: Qafqazın yeni geosiyasətinə doğru” konfransı çərçivəsində də Aleksandr Dugin bu iddia ilə çıxış etmişdi.

Gununsesi.info




loading...
Loading...