Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Noyabr 2017
BE ÇA Ç CA C Ş B
« Okt    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

XƏBƏR LENTİ

21 Noyabr 2017

22 Oktyabr 2017 - 10:24

Ali Baş Komandan tapşırıqlar verib –General

yashar_aydemirov21
Ermənilər cəbhədə növbəti dəfə təxribatlar törətməyə cəhd etsələr, bu, heç bir nəticə verməyəck.

Bu sözləri Guunsesi.info-ya açıqlamasında Azərbaycan Ordusunun sabiq korpus komandiri, Birinci Qarabağ müharibəsinin iştirakçısı, general-leytenant Yaşar Aydəmirov deyib.

“Ümumiyyətlə, cəbhə xəttində yaranmış vəziyyətgərginləşəndə bütün qoşun növlərində sayıqlığın gücləndirməsi üçün qərar qəbul edilir. Bu qərar ermənilərə qarşı daha çevik manevr imkanlarına hazırlıq məqsədi daşıyır. Görünür, Ermənistan Dağlıq Qarabağ məsələsini təznimlənməsi üzrə danışıqlar prosesində sülhdən boyun qaçırdığına görə, Ali Baş Komandan müvafiq tapşırıqlar verib. Çünki ermənilər hər an təxribatlar törədə bilər. Onlar ancaq təxribatlarla məşğul olsalar da,indiyə qədər heç bir nəticəyə nail ola biməyiblər”, – general bildirib.

Qeyd edək ki, bu gün Silahlı Qüvvələrin Mərkəzi Komanda Məntəqəsində Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.General-polkovnik Z.Həsənov hərbi hissələrin, xüsusilə ön xətdə yerləşən bölmələrin döyüş hazırlığı, xidməti döyüş fəaliyyəti, qoşunların döyüş qabiliyyətinin artırılması, eləcə də düşmənin təxribatlarının qarşısının dərhal alınması ilə əlaqədar bütün kateqoriyalardan olan komandir və rəis heyətinəmüvafiq tapşırıqlarverib.
Gununsesi.info





loading...