Ali Məhkəmə sabiq nazirin şikayətinə nə zaman baxacaq?

  • By admin
  • 19 Sentyabr 2017 11:46

%c9%99li-insanov

“Əli İnsanov barəsində çıxarılan hökmün qüvvədə saxlanılmasından sonra Ali Məhkəməyə kasassiya şikayəti verilib. Amma şikayətimizə nə zaman baxılacağı barədə xəbər yoxdur”.  Bu sözləri “Gununsesi.info-ya açıqlamasında hazırda həbsdə saxlanılan sabiq səhiyyə naziri Əli İnsanovun vəkili Toğrul Babayev söyləyib.

Qeyd edək ki, Qaradağdakı 13 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Əli İnsanova cəzasının bitməsinə qısa zaman qalmış yeni cinayət işi açılıb. Qaradağ Rayon Məhkəməsinin qaərarı ilə sabi nazir  7 il 5 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Artıq o, həyatının 12 ci ilini həbsxana divarları arasında keçirir.

Gununsesi.info