XƏBƏR LENTİ

24 Oktyabr 2017
23 Oktyabr 2017

16 Sentyabr 2017 - 16:49

Ali təhsil xəstəliklərin də qarşısını alırmış- ARAŞDIRMA

kitab-kitablar-kitabxana

Təhsilli olmaq infakt riskini 1/3 dəfəyə qədər azaldır.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Oksford Universitetinin alimləri apardıqları araşdırmaya əsasən bu qənaətə gəliblər.

500 mindən çox adam üzərində aparılan tədqiqatın nəticəsinə görə, məktəb illərindən sonra əlavə 3,6 il təhsil almaq ürək xəstəlikləri riskininin 33 faiz azalmasına gətirib çıxarır.

Alimlər bunu təhsilli insanların daha az siqaret çəkmələri, düzgün qidalanmaları və bədən çəkilərini daim nəzarətdə saxlamaları ilə izah edirlər.
Bundan başqa, təhsilli insanlar təhsilsizlərlə müqayisədə daha yaxşı peşəyə yiyələnirlər. Bu isə insanın öz sağlamlığını daim nəzarətdə saxlamasına yol açır.

Hətta ürək xəstəliyinə genetik meyilliliyi olan insanlar belə təhsil aldıqdan sonra vəziyyətləri daha yaxşı olur.

Alimlərin fikrincə, təhsilsiz insanlar özlərindən və gələcəklərindən daha az əmin olurlar. Bu da infarkt riskini artırır, hormonların səviyyəsinə təsir göstərir, bədəndə iltihabi proseslərin meydana gəlməsinə səbəb olur.
Tədqiqatın nəticəsi “British Medical Journal”da dərc edilib.

Nigar

Gununsesi.info




loading...
Loading...