Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Yanvar 2018
BE ÇA Ç CA C Ş B
« Dek    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

XƏBƏR LENTİ

18 Yanvar 2018
17 Yanvar 2018

16 Sentyabr 2017 - 11:54

Allahşükür Paşazadə Çexiyadakı biznesi ilə bağlı bunları dedi

 

chexya

“Mən telefonla hər hansı bir məsələyə münasibət bildirmirəm. Əgər mənə nə sualınız varsa, rəsmi qaydada mətbuat xidmətimə müraciət edə bilərsiniz”.

Bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin rəisi, Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə Çexiyada biznesinin olması barədə yayılan məlumatlarla bağlı Gununsesi.info-nun sualını cavablandırarkən söyləyib.

Əməkdaşımızın təkrarən “Çexiyada biznesiniz varmı” sualına QMİ sədri “bir daha mənə zəng etməyin” deyərək, telefonun dəstəyini asıb.

Qeyd edək ki, ölkə mediası facebook sosial şəbəkəsinə istinadən Hacı Allahşükür Paşazadənin və qardaşının Çexiyada böyük biznes imperiyasının olması barədə xəbər yayıb. Həmçinin, xəbərlərdə Şeyxin çexiyalı şəriki olan gənc bir qızın da fotoları yayılıb.

allahshukur

Gununsesi.info