Almaniya referenduma hazırdır

  • By admin
  • 25 Mart 2017 17:34

referendum_turk

 

Almaniyada yaşayan türk vətəndaşları Türkiyədə ediləcək konstitusiya dəyişikliyi ilə bağlı ümumxalq səsverməsində iştirak edəcəklər.

Axar.az xəbər verir ki, artıq mətbuat konfransı keçirilərək seçki hazırlıqları haqda mətbuata və siyasi partiyalara məlumat verilib.

Ümumilikdə 13 bölgədə baş tutacaq səsvermədə təxminən 130 min seçicinin iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, referendum 27 mart – 9 aprel tarixlərində keçiriləcək və hər gün 09:00-dan 21:00-a kimi davam edəcək.

 

Gununsesi.info