Almaniya vətəndaşlarının əksəriyyəti Donald Trampı bəyənmir

  • By admin
  • 23 Aprel 2017 20:48

tramp

 

Almaniya vətəndaşlarının 80 faizindən çoxu ABŞ prezidenti Donald Trampın vəzifədə olduğu 100 günü mənfi qiymətləndirir.

Musavat.com “Bild am Sonntag” qəzetinə istinadən xəbər verir ki, bu nəticə “Emnid” təcrübə institutunun apardığı sorğudan sonra məlum olub.

Məlumata görə, aprelin 29-da Trampın prezident seçilməsindən 100 gün keçir. Aparılan sorğunun nəticəsinə görə, soruşulanların 84 faizi Trampın öz vəzifəsinin öhdəsindən gələ bilmədiyini bildirib. Ümumilikdə cəmi 5 faiz prezidentin işini müsbət qiymətləndirib.

 

Gununsesi.info