Almaniyada görünməmiş hökumət krizisi

  • By admin
  • 20 Noyabr 2017 19:50

Almaniyada indiyə qədər heç vaxt görünməmiş hökumət krizisi yaşanır. Dövlət başçısı Frank Ualter Steinmeyner kansler Angela Merkel ilə görüşüb.

Gununsesi.info xəbər verir ki, Steinmeyner iclasdan sonra verdiyi açıqlamada Almaniyanın inanılmaz dilemma qarşısında olduğunu bildirib. O, koalisiya danışıqlarında yer alan və almayan bütün partiyaların rəhbərləri ilə görüşəcəyinə və yaxın zamanda yeni hökumətin qurulmasının vacibliyinə diqqət çəkib.

Dövlət başçısı Almaniya kimi iqtisadi cəhətdən güclü bir ölkənin məsuliyyətsizliklə üzləşməsini qonşu dövlətlər üçün də narahatlıq yaradacağını qeyd edib.

“Yamayka koalisiyası” Azad Demokratlar Partiyasının (FDP) ayrılması ilə olduqca çətin vəziyyətə düşüb. FDP-nin lideri Kristian Lindner “heç idarə etməmək pis idarə etməkdən yaxşıdır” şüarı ilə çıxış edib.

Yaşanan krizisdən sonra Merkelin Sosial Demokratlar Partiyası ilə “Böyük Koalisiya” quracağı gözlənilir. Vaxtilə hökumətə qatılmaq istəməyən və müxalif cəbhədən çıxış edən SDP-nin rəhbəri Martin Skulz erkən seçimlərin başlanması üçün göstəriş verib. O, həmçinin, seçkidən qorxmadığını bildirib.

Hazırda Merkelin qarşısında başqa imkan görünmür. Çünki yeganə çıxış yolu kanslerin SDP ilə Böyük Koalisiya qurulması real hesab edilir.

Gununsesi.info