XƏBƏR LENTİ

19 Fevral 2018

18 Yanvar 2018 - 12:30

Almaniyanın Köln şəhərində 20 Yanvar şəhidləri yad ediləcək

Almaniyanın Köln şəhərində “Türk İslam Cəmiyyəti”nin təşkilatçılığı ilə Köln Əhli-beyt məscidində 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar anım mərasimi keçiriləcək.

Bu barədə Gununsesi.info-ya məlumat verən Köln Əhli-beyt məscidinin axundu Mirbaqir Ağayev bildirib ki, tədbir “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlanacaq və 20 Yanvar şəhidlərinin ruhuna dualar oxunacaq.

Daha sonra ilahiyyatçı seyyid Mirbaqir Ağayev 20 Yanvar faciəsi haqqında məlumat verəcək və sovet qoşunlarının Bakıda törətdiyi vəhşiliklər və faciənin səbəbləri barədə danışacaq.

Mərasimdə şəhidlərimizin ruhuna ehsan veriləcək.

Sonda M.Ağayev tədbirin təşkilatına dəstək verən qardaş Türkiyə dövlətinin vətəndaşlarına və 40 ildən çox Kölndə yaşayan Türkiyə və Azərbaycan vətəndaşlarına təşəkkürünü bildirib.

Qeyd edək ki, həmyerlimiz seyyid Mirbaqir Ağayev Bakı İslam Universitetinin məzunudur. O, 4 ildən çoxdur ki, Almaniyada axund vəzifəsində çalışır, dini və milli günlərimizi yad edir.

Gununsesi.info