Amaliya Pənahova jurnalistləri təhqir etdi "ONLAR ÖZLƏRİ ÖZLƏRİNİ ALÇALDIR" (VİDEO)

  • By admin
  • 12 Yanvar 2018 14:18

ARB TV-nin “Günə son” verilişinin qonağı olan xalq artisti Amaliya Pənahova maraqlı açıqlamalar verib.

Gununsesi.info xəbər verir ki, o, bəzi jurnalistlərlə yola getmədiyini bildirdi:

“Mənə telefonla zəng edib hansısa məsələdə fikir alanda cavab vermirəm. Çünki qarşımdakını tanımıram. Üzbəüz verirəm müsahibələri. İnciyənlər də olur. Sonra şəkillərimi fotoşop edib, yalan-yalan şeylər yazırlar. Sənə nə var mənim sifətim nə cürdür? Mənə nə cür yaşayacağımı öyrədə bilməzlər. Onlar özləri özlərini alçaldır. Heç kim özünü gülünc vəziyyətə salmaq istəməz. Əgər belə olubsa, onun günahı deyil, edənindir. Estetik əməliyyat pis şey deyil”.

Gununsesi.info