AMEA-nın Nizamnaməsində dəyişikliklər edilib

  • By admin
  • 21 İyul 2017 19:11

1444121992_millimilli

Prezident İlham Əliyev Azərbaycan Prezidentinin 2014-cü il 11 dekabr tarixli 386 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

Gununsesi.info milli.az-a istinadən bildirir ki, dəyişikliklərə əsasən, Nizamnamənin 1. 1.1-ci bəndin birinci cümləsində “Azərbaycan Respublikasının elm sahəsində dövlət siyasətini həyata keçirən” sözləri “Azərbaycan Respublikasında elmin inkişafını təşkil və təmin edən, dövlətin elmi və elmi-texniki siyasətini həyata keçirən, ölkə üzrə elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin elmi-tədqiqat fəaliyyətini əlaqələndirən və istiqamətləndirən, elmi-texniki fəaliyyət sahəsində Azərbaycan Respublikasını xarici ölkələrdə təmsil edən” sözləri ilə əvəz edilir.

1.5-ci bənd aşağıdakı redaksiyada verilir:

“1.5. Akademiya öz tərkibinə seçilən üzvlərini (həqiqi, müxbir, fəxri, xarici üzvləri və fəxri doktorları), tabeliyində olan elmi müəssisə və təşkilatlarda çalışan elmi işçiləri, mütəxəssisləri, elmi xidmət və sosial xidmət sahəsi işçilərini birləşdirir.”.

8.19.3-cü yarımbənd aşağıdakı redaksiyada verilir:

“8.19.3. Akademiyanın elmi müəssisə və təşkilatlarının, ali təhsil müəssisələrinin və digər elmi müəssisə və təşkilatların elmi-tədqiqat fəaliyyətini əlaqələndirir və istiqamətləndirir.”.

Bundan başqa, 14.4-cü bənd aşağıdakı redaksiyada verilir:

“14.4. Akademiya dövlət büdcəsinin vəsaiti, büdcədənkənar vəsaitlər, kreditlər, qrantlar, ianələr və “Elm haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, innovasiya, sahibkarlıq və digər fəaliyyət sahələrindən daxilolmalar hesabına maliyyələşdirilir”.

Gununsesi.info