Ana öz doğma qızını öldürdü - O, 5 YAŞLI ÖVLADINI ZƏHƏRLƏYİB

  • By admin
  • 21 İyun 2017 09:48

usaq

Qusarda azyaşlı qətlə yetirilib. 

Gununsesi.info-nun məlumatına görə, rayon hüquq-mühafizə orqanlarından APA-ya bildirilib ki, bir neçə gün əvvəl Hil kəndində fermada yaşayan Gülnarə Saypullayeva qızı, 2012-ci il təvəllüdlü Saypullayeva Luiza Bəxtiyar qızının qəflətən ölməsi barədə polisə məlumat verib.

Aparılan araşdırmalar nəticəsində azyaşlının öldürüldüyü müəyyənləşib.

Şübhəli şəxs qismində dindirilən G.Saypullayeva qızını zəhərlədiyini bildirib. O, azyaşlıya içinə həşəratları öldürmək üçün istifadə olunan dərman qarışdırılmış süd içirdiyini deyib.

G.Saypullayeva tutulub, faktla bağlı araşdırma aparılır.

Gununsesi.info