“Anam erməni dilini bilirdi” - RAFAEL DADAŞOV

  • By admin
  • 22 Aprel 2017 23:49

rafael dadasov

Xalq artisti Rafael Dadaşov “Kino evi” proramının qonağı olub.

Gununsesi.info-nun axsam.az-a istinadən verdiyi məlumata görə, veriliş aktyorun atası, mərhum xalq artisti Məlik Dadaşovdan söz açıb:

“Əsl sənətkarın hansısa obrazını tərifləmək olmaz. Məlik Dadaşov və onun kimi sənətkarlar hər bir obrazına imza atıb. Məlik Dadaşov hər zaman yada düşür. Atamın 70 illik yubileyi keçirilmədi. İki ildən sonra dünyasını dəyişdi. Mənim də 70 illiyim keçirilmədi. Atamın düşmənləri çox idi. Çox təəccüblənirəm ki, niyə bizim 70 illiyimiz qeyd olunmadı? Axı sənətkarın işinə dəyər verilməlidir”.

Rafael Dadaşov anasından da danışıb: “Mənim anam da Sofa Hüseynova da aktrisa olub. Anam erməni dilini bilirdi. Qonşuları erməni idi, onlardan öyrənmişdi. Atam “Fəryad” filmində erməni dilində danışırdı. Halbuki bir kəlmə o dili bilmirdi. Film üçün bəzi sözlər öyrənmişdi”.

Gununsesi.info